AGBank | Banco.az

AGBank

 

Call center
Tel: 135

“AGBank” ASC 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biridir.

Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment LTD” Amerika Sərmayə Fondu.

Özəl sektora sərmayə yatıran Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun təşkilatlarından biridir və 2006-cı ildən etibarən ASC “ AGBank ”-ın 17.5% həcmində səhmlər paketinin sahibidir.

“Kazimir İnvestment LTD” Amerika Sərmaye Fondu 2008-ci ildən etibarən ASC “AGBank”-ın 10% səhmlər paketinə malikdir.

Hazırda, AGBank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir.

AGBank həm özünün “Zəngin olmaq haqqınızdır” şüarında, həm konkret fəaliyyət və xidmətlərin əks olunan müştəriyə maksimal fayda prinsipi əsasında onlarla öz münasibətlərini qurur. Ən mühüm məsələlərdən biri müştəri xidmətinin keyfiyyətinin daima yaxşılaşdırılması, göstərilən xidmətlərin çeşidinin genişləndirilməsi və onlara tətbiq olunan şərtlərin optimallaşdırılmasından ibarətdir.

Sənaye, turizm, telekommunikasiya, nəqliyyat, inşaat, kənd təsərrüfatı, ticarət və xidmət sferasi kimi iqtisadiyyatın müxtəlif sektorlarındakı şirkət və təşkilatlar bankın müştəriləri sırasındadır. Bankın apardığı fəaliyyətin əsas istiqaməti Azərbaycan Respublikasında istehsalat və ticarət sektorların maliyyələşdirilməsidir. Bankın xidmətlərindən minlərlə fərdi müştəri də yararlanır.

2000-2010-cu illər ərzində bankın rəsmi auditoru beynəlxalq auditor şirkəti “PRICEWATERHOUSECOOPERS” olmuşdur. 2011-ci ildən etibarən, bankın rəsmi auditoru “KPMG” beynəlxalq auditor şirkətidir.

AGBank beynəlxalq və xarici maliyyə təsisatları ilə əməkdaşlıq aparır və bu əməkdaşlığın əsas istiqamətlərindən biri müxtəlif sahibkarlığa kreditlər proqramlarının və ticarət maliyyələşməsinin həyata keçirilməsidir. Ümumilikdə, bu proqramlar üzrə AGBank üçün 150 milyon ABŞ dollarından artıq məbləğdə kredit xətləri açılmışdır və nəticədə, Bankın müştərilərə uzun müddətli biznes kreditlərini vermək və daha faydalı şərtlərlə ticarətin maliyyələşməsi xidmətlərini göstərmək imkanları genişlənmişdir.

Tərəfdaşlar arasında Bankın sıx əməkdaşlıq etdiyi aşağıdakı maliyyə təsisatlarını qeyd etmək olar:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq İnkişaf naminə OPEK Fondu (BİF OPEK), Rayfayzen Bank, Asiya İnkişaf Bankı, ŞekerBank, Beynəlxalq Maliyyə Korporasiyası, Kommertsbank AG, Alman-Azərbaycan Fondu (AAF), LBBW, UniKredit, Standart Çartered Bank Qrup.

AGBank “Əmanətlərin Sığortalanması Haqqında” AR qanunu əsasında yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Əhalinin AGBank-a qoyulmuş depozitləri, Fondun şərtlərinə uyğun olaraq sığortalanır.

Sahibkarlıq və ipoteka kreditləri dövlət proqramlarında fəal iştirak edərək, AGBank Milli Sahibkarlığa Yardım Fondu və Azərbaycanın İpoteka Fondu ilə əməkdaşlıq edir.

Bank Azərbaycanın qiymətli kağızlar bazarında fəal çalışan “Kaspian Faynenşl” LTD şirkətinin təsisçisidir.

Bank ölkədə fəal lizinq fəaliyyəti göstərən “AGLeasing” QSC Lizinq Şirkətinin təsisçisidir. Lizinq portfelinin həcminə görə, “AGLeasing” QSC Azərbaycanın aparıcı lizinq şirkətlərindən biridir. Şirkətin müştəriləri həm hüquqi, həm fiziki şəxslər - sahibkarlardır.

Bundan başqa, Bank aşağıdakı müxtəlif assosiasiyalarda fəal iştirak edir: Azərbaycan Banklar Assosiasiyası, Azərbaycanın Milli Sahibkarlar Konfederasiyası, Azərbaycanda Amerika Ticarət Palatası və sairə.

AGBank “MasterCard International” və “VISA International” beynəlxalq ödəmə sistemlərin mühüm üzvüdür. O, həmçinin Western Union, Sigue Money Transfer, Contact, Blizko, Lider,  UPT,  İBA-EXPRESS, Caspian Money Transfer və MONEX kimi təcili pul köçürmələri sisteminə qoşulub. Eyni zamanda, Bank SWIFT ödəmə sisteminin iştirakçısıdır.

AGBank müxtəlif yerli və beynəlxalq banklarla müxbir münasibətlərdədir.

AGBank “Standard and Poor’s Ratings” şirkətindən beynəlxalq reytinq almış Azərbaycanın ilk bankıdır.

Bank iki reytinq şirkətindən – “Fitch Ratings” və “Standard and Poor’s Ratings” - “B-” və “B” səviyyəsində uzun müddətli reytinqə malikdir.

Bankın mühüm prioritetlərindən biri fəaliyyət coğrafiyasının və hazırda 19 filial, 4 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə,Şamaxı, Şirvan və Salyanda yerləşən 71 bankomatlardan ibarət müştəriyə xidmət şəbəkəsinin genişləndirilməsidir.

Bankın uğurlu işinin göstəricisi onun maliyyə rəqəmlərinin dinamik surətdə artmasıdır. 2013-cü il sentyabırın 30-na olan məlumata əsasən, bankın ümumi kapitalı 48.113 milyon manata, ümumi aktivləri isə 430.127 milyon manata çatmışdır. 2013-cü il dekabrın 31-nə olan məlumata əsasən, bankın ümumi kapitalı 42.481 milyon manat, ümumi aktivlər isə 455.347 milyon manata çatmışdır.

Beləliklə, Azərbaycanın aparıcı banklarından biri olaraq, AGBank ölkənin bank sektorunda öz mövqelərini möhkəmləndirir.

Daha çox
Ünvan Azərbaycan, Bakı ş., C. Məmmdquluzadə küç., 102 A
Telefon (012 ) 4975017 / 135
Filialı 19
Bankomatlar 62
Sayt www.agbank.az
E-poçt agbank@agbank.az
CEO Cəlilov Əfqan Süleyman oğlu
Müəllif: Гость (not verified)

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç