Hüquq departamentinin aparıcı hüquqşünası | Banco.az
Yelo Bank

Hüquq departamentinin aparıcı hüquqşünası

Vakansiya haqqında məlumat: 

 

Hüquq departamentinin aparıcı hüquqşünası

 

Öhdəliklər:

·                     Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;

·                     Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirtmək və rəy vermək;

·                     Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;

·                     Bank daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;

·                     Bankın maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;

·                     Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanmasında iştirak etmək;

·                     Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;

·                     Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;

·                     Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirmək, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;

 

Tələblər:

·                     Hüquq üzrə ali təhsil;

·                     Azərbaycan və rus dillərində danışmaq və yazmaq (ingilis dili biliyi arzuolunandır);

·                     Korporativ, kommersiya, mülki, vergi və əmək hüququ sahəsində bilikləri, bank hüququ üzrə normativ xarakterli aktların tələblərini bilmək;

·                     MS Office proqramlarında işləmək bacarığı;

·                     Dürüstlük, dəqiqlik, intizamlılıq, effektiv ünsiyyət bacarığı, problem həll etmə qabiliyyəti, çeviklik və yaradıcılıq. 

 

CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Hüquq departamentinin aparıcı hüquqşünası) qeyd edərək,  [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et