ERM və Təhlil Şöbəsinin Bazar Riskləri Bölməsinin Aparıcı və Baş mütəxəssisi | Banco.az
Kapital Bank

ERM və Təhlil Şöbəsinin Bazar Riskləri Bölməsinin Aparıcı və Baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin ERM və Təhlil Şöbəsinin Bazar Riskləri Bölməsinin Aparıcı və Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Makro-iqtisadi, maliyyə və real sektoru üzrə məlumat bazasının idarə edilməsi, analitik təhlillərin hazırlanması;
  • Stress testlərin keçirilməsi;
  • Valyuta məzənnəsinin dəyişməsi və faiz dərəcəsi risklərinin bankın balans, mənfəət və zərər, pul axını və digər əsas göstəricilərə təsirinin modelləşdirilməsi, təhlil və idarə olunması;
  • Likvidliyin ölçülməsi, modelləşməsi, idarə edilməsi və ona təsir edən faktorların təhlil edilməsi;
  • Tarixi məlumatlar əsasında proqnozların hazırlanması.

Tələblər

  • İqtisadiyyat, maliyyə, statistika və bu kimi əlaqəli sahələr üzrə elmi dərəcə və professional kurslar üzrə sertifikatlar;
  • İqtisadiyyatla əlaqəli sahələr üzrə 2 ildən artıq iş təcrübəsi;
  • MS Excel proqramında  yüksək səviyyədə istifadə bacarığı;
  • Makroiqtisadi məlumat bazalarında işləmə bacarığı (DataStream, Thomson Reuters, Statistika Komitəsi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası Elektron Statistik Baza);
  • Verilənlər bazası ilə işləmək bacarığı (SQL kodlaşdırma bacarığı arzuolunandır);
  • Praktiki statistik və ekonometrik bilik və iş təcrübəsi;
  • İndividual və komanda şəraitində effektiv işləmək və təşkilatı bacarıqlar;
  • Azərbaycan, İngilis və Rus dillərində ünsiyyət bacarıqları (yazılı və şifahi);
  • Detallara qarşı diqqətlilik və vaxtı effektiv idarəetmə bacarığı;
  • Təşəbbüskarlıq, daimi öyrənmə və qarşıya çıxan problemləri tez bir zamanda həll etmə bacarıqları.

 

CV-lərinizi, mövzu hissəsində “Bazar riskləri üzrə Aparıcı/Baş mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et