Əməyin mühafizəsi üzrə mühəndis | Banco.az
Azkredit

Əməyin mühafizəsi üzrə mühəndis

Vakansiya haqqında məlumat: 

“Vijn Fond AzərKredit” MMC Əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə işçi qəbulunu elan edir.

Əməyin mühafizəsi üzrə mühəndis İnsan Resursları departamentinin Direktoruna hesabat verəcək.

İş yeri AzərKredit təşkilatının Baş Ofisində olacaq.

Əsas vəzifə və öhdəlikləri:

• Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə siyasət və prosedurların hazırlanması və tədbiq edilməsi;
• AzərKreditin bütün filiallarda əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə nəzarət;
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlim planının hazırlanması və təlimlərin həyata keçirilməsi;
• Mövcud qanunvericiliyə müvafiq olaraq əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsini təmin etmək;
• Əməyin mühafizəsi  üzrə qanunvericilik  aktlarına  əməl olunmasına, dövlət orqanlarının qətnamə və qərarlarının, əməyin mühafizəsi və  təhlükəsizlik  texnikası norma və qaydalarının yerinə yetirilməsinə daim nəzarət etmək;
• İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasını “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” qaydalarına müvafiq şəkildə təşkil etmək;
• Əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə sənədlərin olmasını və onların düzgün aparılmasını nəzarətdə saxlamaq;
• Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Ali təhsil;
• Əməyin mühafizəsi sahəsində ən azı 2 illik iş təcrübəsi;
• Azərbaycan və İngilis dillərində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
• Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək bacarığı;
• Bilməlidir:
o əmək qanunvericiliyini, 
o istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarını;
o ekoloji qanunvericiliyi;
• Tələb olunduqda iş saatları üçün çevik olmaq, lazım gəldikdə iş vaxtının 50 %-ə qədərini səfər etmək bacarığı; 
• Sürücülük vəsiqəsi və sürücülük təcrübəsi;
• Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
• Xoş görünüş və ünsiyyət qurma, komandada işləmə bacarığı;
• Təşkilatın missiyasına sadiqlik.
 
Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 23 noyabr 2014-cü il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində ‘HSE’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]   Fax: (+994 12) 597 30 39   www.azercredit.az

Ən sərfəli krediti almaq üçün müraciət et