Əməliyyatlara nəzarət üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis | Banco.az
ABB

Əməliyyatlara nəzarət üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

Azərbaycan Beynəlxalq Bankı  Xaçmaz şəhərində yerləşən filialına Əməliyyatlara nəzarət üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Hüquqi və fiziki şəxs müştərilərin əməliyyatları üzrə əməliyyat bölməsindən daxil olan sənədləri yoxlamaq və icrasını təşkil etmək;
 Müştərilərin hesablarına vergi, məhkəmə orqanları və DSMF tərəfindən qoyulmuş sərəncamların icrasına nəzarət etmək;
 İş günü ərzində nağd vəsaitlər üzrə əməliyyatlara nəzarət etmək;
 Müştərilərə göstərilən bank xidmətləri üzrə komissiyaları mövcud tarif dərəcələrinə uyğun tutulmasına nəzarət etmək;
 Vəzifə təlimatı ilə müəyyən edilən əməliyyatlar üzrə müxabirləşmələri yerinə yetirmək;
 Fəaliyyətinə aid olan və rəhbərlik tərəfindən tapşırılan hesabatları hazırlamaq;
 Bölmənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;

Namizədə tələblər:

 Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznesin idarə edilməsi, riyaziyyat, statistika və digər dəqiq və texniki sahələr);
 Bank sektorunda əməliyyat sahəsində azı 1 (bir) il iş təcrübəsi;
 Ofis proqramlarında sərbəst iş bacarığı;

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil 

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Əlavə səriştə və fərdi keyfiyyətlər:

Bilik və bacarıqlar:

 Analitik düşünmə, ünsiyyət bacarığı, yaradıcılıq və innovasiya, məntiqi biliklər;
 Məsuliyyətli, problemləri həll etmək bacarığı və detallara diqqət etmək qabiliyyəti;

Bu vəzifədə çalışmaq sizə nə qazandıracaq:

 Bankda/filialda  baş verən proseslərdə yaxından iştirak etmək ımkanı;
 Qazanmış olduğunuz peşəkar təcrübənizi nəzarət sahəsində tətbiq etmək və yeni biliklər əldə etmək;
 Hesabatlıq və nəzarət bacarıqlarınızı inkişaf etdirmək;
 İş yükünə uyğun olaraq adekvat əmək haqqı imkanını əldə etmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  15 Yanvar  2019-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatlara nəzarət üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis_Xaçmaz” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et