Əməliyyat departamenti, Plastik kart şöbəsinin mütəxəssisi | Banco.az
Bank BTB

Əməliyyat departamenti, Plastik kart şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Əməliyyat departamenti, Plastik kart şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Qeyd: Müvəqqəti vakansiya

 İş barədə məlumat:

  • Aylıq hesabatların hazırlanması (Azərikarddan gələn fayllar əsasında);
  • Bankomatların sistemdə qeydiyyatını aparır, onların gündəlik fəaliyyətinə nəzarət edir, ortaya çıxan problemlərin həlli üçün şöbə rəhbərinə müraciət edir;
  • POS-terminalların quraşdırılması üçün ticarət müəssisələri ilə müqavilələrin bağlanmasını, sistemdə və Vergilər Nazirliyində qeydiyyatdan keçməsini (və ya bağlanmasını), proqram təminatı ilə yüklənərək həmin ticarət müəssisələrində quraşdırılmasını, mütəmadi olaraq monitorinqini, ticarət müəssisələrinin hesablaşma hesabından aylıq abunə haqlarının (müqavilədə nəzərdə tutulduğu halda) silinməsini həyata keçirir.

Namizədə tələblər:

  • ali təhsil;
  • ən azı 1 il müştəri plastik kartlar sahəsində bank təcrübəsi;
  • operativlik bacarığı;
  • dəqiqlik bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06.06.2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Plastik kart şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et