Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin aparıcı mütəxəssisi | Banco.az
Bank BTB

Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin aparıcı mütəxəssisi  vəzifəsinə işə qəbul elan edir.

Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin aparıcı mütəxəssisi 

İş barədə məlumat:

- XÖHKS, AZİPS, SWIFT sistemlərində işləmə;
- Sürətli pul köçürmə sistemləri üzrə klirinq əməliyyatları;
- Vəsaitlərin müştəri hesablarına mədaxili;
- Müxbir hesab qalıqlarının yoxlanılması;
- MT103, MT202,  MT300,  MT320,  MT199  formatlı SWIFT məlumatlarının hazırlanması;

-Xarici valyutada daxil olan ödənişlərin sistemə girişi;

- Bankın müxbir hesabları və ödəniş sistemləri üzrə hesablaşmaların aparılması.

Namizədə tələblər: 

- Ali təhsil (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə);
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini orta səviyyədə bilmə bacarığı;
- Analiz etmə qabiliyyəti;
- Problemləri həll etmə bacarığı;
- Banklararası hesablaşmalar üzrə mövcud qanunvericiliyi  bilmək;
- Yüksək səviyyədə dəqiqlilik, operativlik və icraçılıq bacarığı;
- Komandada işləmə bacarığı;
- Ünsiyyət qurma bacarığı;
- MS Office proqramında işləmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində öz CV-lərini 21 Iyul 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et