Daxili Auditor | Banco.az
FINCA Azerbaijan

Daxili Auditor

Vakansiya haqqında məlumat: 

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Daxili Audit Departamenti üçün Daxili Auditor vəzifəsinə işçi axtarışı elan edir.

Daxili Auditor xətti meneceri tərəfindən təyin olunduğu kimi “FINCA Azerbaijan” əməliyyatlarının davamlı təftişini aparmağa məsuldur. Təyin olunduğu kimi Daxili Auditor müştərilərin sahə təftişləri, qoyulmuş siyasət və prosedurlarla əlaqədar bütün “FINCA Azerbaijan” şöbələrinin fəaliyyətini dəyərləndirmək üçün əməletmə təftişləri və digər təftişlər daxil olmaqla bir sıra təftiş tapşırıqlarını yerinə yetirəcəkdir. Daxili Auditor daxili nəzarətin davamlı gücləndirilməsində kömək etmək üçün idarəetməyə verilən mütəmadi hesabatlarla birləşdirmə aparmaq məqsədilə Audit Menecerinə həftəlik hesabatlar təqdim edəcəkdir.

FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

Yalnız aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:

•         Biznes yönümlü;
•         Beynəlxalq firmada mühasibatlıq və maliyyə sahəsində iş təcrübəsi; 
•         MS Office proqramları istifadəçisi kimi bu sahə üzrə mükəmməl biliklər;
•         Yaxşı riyazi təhlil vərdişləri;
•         Azərbaycanca sərbəst oxuyub-yazmaq, rus və ingilis dilini bilənlərə üstünlük verilir;
•         Şəxslər arasında geniş əlaqə yaratma və ünsiyyət vərdişləri;
•         Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
•         Ölkədaxili ezamiyyət etmək imkanı.

FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 05 May 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№226/14) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.   Tel: (012) 596 33 858687;

FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et