Database Reporting Developer | Banco.az
FINCA Azerbaijan

Database Reporting Developer

Vakansiya haqqında məlumat: 

“FINCA Impact Finance”  Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün İnformasiya Texnologiyaları departamenti üçün MƏLUMAT BAZASI HESABATLARI ÜZRƏ TƏRTİBATÇI vəzifəsinə işçi axtarışı elan edir. “FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Məlumat Bazası Hesabatları üzrə Tərtibatçı Prudensial və Əməliyyat hesabatlarının yaradılmasına məsuliyyət daşıyır.

Əsas vəzifə və öhdəlikləri:

• Analitik və əməliyyat hesabatları üçün istifadəçi tələblərinin  toplanması, texniki spekifikasiyaların (təfsilatların) hazırlanması;  
• İstifadəçilərin tələblərinə cavab verən hesabatların tərtib olunması;
• Hesabat məlumatlarının reallığının yoxlanılması;
• Qərarvermə prosesini dəstəkləmək üçün tam və mükəmməl hesabat toplusunun yaradılması; 
• Məlumat Bazası Hesabatları Anbarının (Database Reporting Warehouse) planlaşdırılması və yaradılması.

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil 

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• İnformasiya Texnologiyaları sahəsində ali təhsil;
• Məlumat bazasının idarə olunması və proqramlaşdırılması üzrə istənilən şəhadətnamə üstünlük sayılır; 
• T-SQL,PL-SQL üzrə dərin bilik, mürəkkəb sorğular yazmaq və optimallaşdırmaq bacarığı;
• SQL Server və Oracle bazalarının proqramlaşdırması və idarə olunması üzrə dərin bilik, views, triggers, stored prosedurasının yaradılmasına dair praktik təcrübə;
• Proqram yazmaq üzrə təcrübə, VB, VBA, Vb.net, C++,C#, Delphi proqramlaşdırma dillərindən heç olmasa birində praktiki təcrübə;
• Hesabat sistemlərinə dair praktik təcrübə (Excel, Access, Crystal Report, Reporting Services);
• Şəbəkə, Active Directory, TCP/IP üzrə ümumi biliklər;
• Maliyyə, mühasibatlıq, bank əməliyyatları və mikromaliyyə üzrə ümumi biliklər;
• Azərbaycan və rus dillərində sərbəst danışmaq və yazmaq, texniki ingilis dili.


Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni MƏLUMAT BAZASI HESABATLARI ÜZRƏ TƏRTİBATÇI qeyd etməklə 21 Yanvar 2018-ci il tarixinədək göndərə bilərsiniz. 
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!