Böyük hüquqşünas | Banco.az
FINCA Azerbaijan

Böyük hüquqşünas

Vakansiya haqqında məlumat: 

Hal-hazırda “FINCA Azerbaijan” Baş Ofis üçün  BÖYÜK  HÜQUQŞÜNAS vəzifəsinə işçi qəbulunu elan edir.

Hesabat verir: Hüquq Şöbəsi  Menecerinə

Məqsəd:

• Təşkilatın fəaliyyəti ilə bağlı kredit və təminat müqavilələrini hazırlamaq, onların hüquqi ekspertizasını həyata keçirərək müqavilələrə bilavasitə viza vermək və ya rəylərin verilməsi üçün təkliflərin hazırlanmasında iştirak etmək;
• Təşkilatın bütün filiallarına hüquqi yardım göstərərək mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etmək;
• Təşkilatın ümumi fəaliyyətində hüquqi risklərin idarə edilməsini təmin etmək;
• Təşkilatın mənafeyini məhkəmə, inzibati və istintaq orqanlarında, digər dövlət idarə,müəssisə və təşkilatlarda, habelə hüquq mühafizə orqanlarında müdafiə etmək;
• Təşkilatın filial və nümayəndəliklərinin təsis edilməsi, habelə onların dövlət qeydiyyatına alınması ilə bağlı zəruri işlər görmək;
• Təşkilatın adından bələdiyyə, müvafiq icra hakimiyyəti və digər dövlət orqanlarına məktublar hazırlamaq;
• Hüquq Departamentinin Meneceri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək;
• Ehtiyac yarandıqda Təşkilatın müvafiq sahədəki əməkdaşlarına müqavilələrin idarə olunması və ya digər hüquqi mövzularda təlimlər keçmək.
• Təşkilatın fiallarının fəaliyyətinə hüquqi dəstəyi həyata keçirən hüquqşünaslarının fəaliyyətinə nəzarət etmək.

TƏLƏB OLUNAN BİLİK VƏ QABİLİYYƏTLƏR:

• Hüquq sahəsində bakalavr təhsili (magistr təhsili arzuolunandır);
• Hüquq sahəsində ən azı 5 il iş təcrübəsi;
• Ünsiyyət və danışıqlar aparmaq, gərgin iş rejimində işləmək və liderlik bacarıqları (idarəetmə təcrübəsinin mövcudluğu arzuolunandır);
• Azərbaycan dilində səlis danışmaq və yazmaq qabiliyyəti, ən azı orta səviyyəli ingilis dili bacarıqları (rus dilini bilmək arzu olunandır)

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Ərizələrin (CV) son qəbul tarixi 16 Noyabr 2014-cü ildir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində Böyük Hüquqşünas və ya iş elanının nömrəsini (№755/14) qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et