BAŞ OFİS üçün İnzibati Köməkçi | Banco.az
FINCA Azerbaijan

BAŞ OFİS üçün İnzibati Köməkçi

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİS üçün İnzibati Köməkçi vəzifəsinə işçi axtarışı elan edir. 

İnzibati Köməkçi vəzifəsi üçün tələb olunanlar:

  • Ali və ya texniki təhsil;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq. Rus və İngilis dilini bilənlərə üstünlük verilir;
  • Microsoft Office proqramları ilə işləmək və sürətli çapetmə bacarığı;
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Müştərilərlə davranış etikası.

Vəzifə öhdəlikləri:

  • İnzibati Köməkçi ofis ləvazimatlarının və avadanlıqlarının təchizatına nəzarət edəcək, göndərilən sənədləri nizamlayacaq və lazımi inzibati dəstək göstərilməsinə məsul olacaqdır.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 21 Oktyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№698/14) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər.

Yaxud aşağıda göstərilən ünvana təqdim edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, C.Cabbarlı küçəsi 44, Caspian Plaza III, mərtəbə 8

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et