Arxiv və kargüzarlıq şöbəsinin mütəxəssisi (Reception) | Banco.az
Kapital Bank

Arxiv və kargüzarlıq şöbəsinin mütəxəssisi (Reception)

Vakansiya haqqında məlumat: 

Kapital Bank namizədləri Arxiv və kargüzarlıq şöbəsinin mütəxəssisi (Reception) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Bankın filiallarından və digər təşkilatlardan daxil olmuş sənədləri qəbul edir və qeydiyyatını aparır;
• Baş ofisə daxil olmuş xidməti sənədləri və digər korrespondensiyaları qəbul edərkən onların yerinə düzgün çatdırılıb-çatdırılmadığını, zərflərin və ya bağlamaların salamatlığını müəyyənləşdirir;
• Baş ofisə gələn vətəndaşların və qonaqların qarşılanması və aidiyyətı üzrə yönləndİrilməsini təmin edir;
• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.

Tələblər:

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili yüksək səviyyədə;
• MS Office (Word, Excel) proqramlarında işləmək bacarığı;
• Yüksək motivasiya;
• Gərgin ış mühitinə və stressa davamlılıq;
• Yüksək unsiyyətqurma qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində " Arxiv və kargüzarlıq şöbəsinin mütəxəssisi (Reception) " qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Ən sərfəli krediti almaq üçün müraciət et