Alternativ Satış Kanalları Şöbəsinin Satış üzrə Mütəxəssisi | Banco.az
Kapital Bank

Alternativ Satış Kanalları Şöbəsinin Satış üzrə Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri Satış Kanalları Departamentinin Alternativ Satış Kanalları Şöbəsinin Satış üzrə Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Kapital Bankın alış veriş mərkəzlərində qurulmuş stendlərinə müraciət edən müştərilərə bank məhsulları haqqında məlumat vermək;
  • Alış veriş mərkəzlərində olan müştərilərə müraciət edərək bankın məhsulları barədə məlumat vermək və məhsula qarşı maraq yaratmaq;
  • Bank məhsullarını əldə etmək istəyən müştəriləri bankın yaxın filiallarına yönləndirmək;
  • Gündəlik fəaliyyət barədə iş gününün sonunda hesabat təqdim etmək.

Tələblər

  • Orta ixtisas təhsili (Ali təhsil arzuolunandır);
  • Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;
  • Fərdi və komanda tərkibində iləmək qabiliyyəti;
  • Məsuliyyətlilik, dəqiqlik və təzyiqə davamlılıq;
  • Azərbaycan və Rus dillərini əla səviyyədə bilmək.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində vakansiyanın adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin

Ən sərfəli krediti almaq üçün müraciət et