Əmanətlərini daha gəlirli etdi! | Banco.az

Əmanətlərini daha gəlirli etdi!

Bank Respublika manat və dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı.

Bank Respublika fiziki və hüquqi şəxslərin manat və dollar hesablı əmanətlərinin faiz dərəcələrini qaldırdı. Yeni qaydalar 6 aydan 3 ilədək qoyulan bütün depozit növlərinə şamil olunur.
İndi milli valyuta üzrə fiziki və hüquqi şəxslərin əmanətlərinin maksimal faiz dərəcəsi faizlərin aylıq çıxarıldığı təqdirdə illik 12%, dollarda olan əmanətlər isə illik 9% (hüquqi şəxslərə 8%) təşkil edir. Faiz gəlirləri müddətin sonunda çıxarıldığı halda faiz dərəcəsi illik 12,5% və müvafiq olaraq 9,5 (hüqusi şəxslərə 8,5%) təşkil edəcək. 
Beləliklə, bank həm əhalinin həm hüquqi şəxslərin əmanətlərin gəlirliyini illik 3,5% artırdı. Bununla yanaşı, 36 ay müddətinə qoyulan əhalinin əmanətlərinə 13,9% və müvafiq olaraq 24 ay müddətli hüquqi şəxslərin əmanətlərinə 13,5% illik faiz dərəcəsi təyin edib. 
Depozit hesabını bankın istənilən filial və şöbəsində açdırmaq mümkündür. Yeni faiz dərəcələri Bankın təmsil olunduğu bütün bölgələrinə aiddir.

Faiz dərəcələrinin artırilması və Bankın yüksək etibarlığı vəhdəti müştərilərin daha çox gəlir əldə etmələrinə imkan yaradır.

 Manat (AZN) üzrə

 

Fiziki şəxslər

Hüquqi şəxslər

Aylar

Aylıq

əsasda

Müddətin sonunda

Aylıq əsasda

Müddətin sonunda

6

6,5 %

7,5 % (illik)

-

-

12

12 %

12.5 % (illik)

12 %

12,5 %

18

12.5 %

13 % (illik)

12,5 %

13 %

24

13 %

13.5 % (illik)

13 %

13,5 %

      36        13,5 %   13.9 % (illik)         -          -

ABŞ dolları üzrə

 

Fiziki şəxslər

Hüquqi şəxslər

Aylar

Aylıq

əsasda

Müddətin sonunda

Aylıq əsasda

Müddətin sonunda

6

5,5 %

6,5 % (illik)

-

-

12

9 %

9,5 % (illik)

8 %

8,5 %

18

9,5 %

10 % (illik)

8,5 %

9 %

24

10 %

10,5 % (illik)

9 %

9,5 %

Avro üzrə

 

Fiziki şəxslər

Hüquqi şəxslər

Aylar

Aylıq

əsasda

Müddətin sonunda

Aylıq əsasda

Müddətin sonunda

12

1,5 %

2 %

-

-

 

Ən sərfəli krediti almaq üçün müraciət et