Yol polisi cərimələri və icbari sığorta ödənişlərinin rahat ödəmə üsulu! | Banco.az

Yol polisi cərimələri və icbari sığorta ödənişlərinin rahat ödəmə üsulu!

Dövlət Yol Polisi cərimələrivə icbari sığorta ödənişlərini ExpressPay ödəniş terminalları vasitəsi ilə ödəmək daha rahatdır. Belə ki, ExpressPay həm sürücülər, həm də piyadalar üçün yol polisi cərimələri və icbari sığorta ödənişlərinin operativ ödəniş imkanını təmin edir. 24 saat xidmətinizdə olan, ölkəmizin müxtəlif iaşə/ticarət mərkəzlərində, biznes plazalarda, iri market və mağazalarda 500-dən artıq sayda quraşdırılmış ExpressPay ödəniş terminalları ilə günün istənilən vaxtı cərimələrinizi rahat və sürətli şəkildə ödəyə bilərsiniz. Ödənişlər dərhal həyata keçir və müştəriyə qəbz təqdim olunur.

Ümumiyyətlə, ExpressPay hazırda bank tərəfindən təqdim olunan ən geniş ödəniş terminalları şəbəkəsidir ki, Hökumət Ödəniş Portalı sisteminə qoşulmaqla müştərilərə müxtəlif növ dövlət ödənişlərini həyata keçirməyə imkan verir. Belə ki, müştərilər ipoteka ödənişlərini, vergi və s. kimi dövlət rüsumlarını ExpressPay terminalları vasitəsi ilə ödəyə bilərlər. Ümumilikdə, ExpressPay terminalları ilə 120-dək dövlət xidməti üzrə ödəniş etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, ödəniş terminallarında Expressbank-a aid ödənişlər, digər bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə ödənişlər də mövcuddur.

Expressbank-ın xidmətləri və ExpressPay barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et