Azərbaycan Mərkəzi Bankı daha 100 mln. manatlıq not buraxır | Banco.az

Azərbaycan Mərkəzi Bankı daha 100 mln. manatlıq not buraxır

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Mərkəzi Bankının yeni not emissiyasını (50100158S) dövlət qeydiyyatına alıb.

Palataya istinadən xəbər verilir ki, emissiya hər birinin nominal dəyəri 100 manat olan 1 mln. ədəd dövlət qısamüddətli notlarının buraxılışını nəzərdə tutur.

Ən sərfəli kredit üçün müraciət et

Qiymətli kağızların tədavül müddəti 28 gündür.

Ən sərfəli krediti almaq üçün müraciət et