Bolkartla “Yay çempionu”ol, mükafat və hədiyyələr qazan! | Banco.az

Bolkartla “Yay çempionu”ol, mükafat və hədiyyələr qazan!

Yay mövsümündə nağdsız ödənişləri daha da təşviq etmək məqsədi ilə “Bank of Baku” Bolkart sahiblərini mükafatlandırmağa başlayır.”Yay çempionları” adlı mükafatlandırma kampaniyası çərçivəsində ən fəal Bolkart sahibləri maddi mükafatlar və hədiyyələr əldə edəcək.

Kampaniya 22 iyun - 22 avqust tarixləri arasında keçirilir.

Mükafatlandırma kampaniyası iki mərhələdən ibarətdir: birinci mərhələ 22 iyun - 21 iyul tarixlərini, ikinci mərhələ isə 22 iyul - 22 avqust tarixlərini əhatə edir.

Beləliklə, hər 2 mərhələ müddəti ərzində, say etibarilə aşağıdakı sahələr üzrə ən çox alış veriş etmiş Bolkart müştəriləri mükafatlandırılacaq:
 

  • Geyim, aksessuar və parfümeriya sahəsi. Kişi və qadın geyimi, aksessuar, parfümeriya, uşaq geyimi və ayaqqabı mağazalarında say etibarilə ən çox alış veriş edən 5 nəfərin hər biri 200 manat mükafat qazanacaq.
  • Supermarketlər, şirniyyat dükanları və restoranlar sahəsi. Bu sahəyə aid olan ticarət subyektlərində say etibarilə Bolkartdan ən çox istifadə edən 3 nəfərin hər biri 200 manat mükafat qazanacaq.
  • Elektronika və ev əşyaları sahəsi. Məişət texnikası, mobil telefon və mebel mağazalarında ən çox alış veriş edən 2 nəfərin hər biri 200 AZN qazanacaq.
  • Digər sahələr. Bütün digər ticarət subyektlərində 1 nəfər 200 AZN əldə edəcək.


Bankın təqdim etdiyi pul mükafatlarından başqa, qaliblərə Bolkart partnyorlarının da xüsusi sürpriz hədiyyələri təqdim olunacaq. 

Hesablamalar zamanı, eyni gün ərzində bir mağazada keçirilən bir neçə ödəniş olarsa, həmin ödənişlər bir ödəniş kimi nəzərə alınacaq.
Hər bir Bolkart sahibi bir mərhələ çərçivəsində yalnız bir sahə üzrə qalib ola bilər. 

Hər həftə www.facebook.com/bolkart səhifəsi vasitəsilə yarışda öndə olan şəxslərin kart nömrələri elan ediləcək. Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et