“AtaBank”-dan ASC #manatadeyerverek adlı kampaniya | Banco.az

“AtaBank”-dan ASC #manatadeyerverek adlı kampaniya

Bu gündən etibarən “AtaBank” ASC manat əmanətləri üzrə faiz dərəcələrini artırdı. Artıq müştərilər bir il müddətinə illik 12%-dən, 5 il müddətinə isə illik 16%-dən əmanət yerləşdirə bilərlər. Hər ay əmanət hesablarını artırmaq istəyərək yığım edən müştərilər üçün də Bank tərəfindən xoş xəbər var. Belə ki, “Yığım” əmanəti üzrə faiz dərəcələri 1% daha artırıldı. Ümumilikdə “AtaBank” ASC manat əmanətləri üzrə illik faiz dərəcələrinin artımını #manatadeyerverek şüarı altında xüsusi kampaniya çərçivəsində davam etdirəcək. 

Minimal məbləğ

1000 USD / EUR və ya 1000 manat

Faizlərin ödənişi və müddətindən asılı olaraq faiz dərəcələri

Faizlər hər ay əsas məbləğin üzərinə gəlir və müddət bitdikdə verilir. 

AZN – 12 ay - 10.5 % illik (60 ay - 14.5 % illik)

USD – 12 ay - 9.5 % illik (60 ay - 13.5 % illik)

EUR – 12 ay 4.5 % illik (24 ay - 5.5% illik) 

Müddət

12 aydan 60 ayadək

Əlavə imkanlar və güzəştlər 

  1. Hər ay minimum 200 AZN/USD/EUR manat olmaqla əmanəti artırmaq imkanı
  2. Artırılan məbləğin cəmi ilkin əmanət məbləğinin 3 mislindən artıq ola bilməz
  3. Son 6 ayda əlavə olunacaq məbləğ üçün AZN/USD üzrə illik faiz dərəcəsi - 8%, EUR üzrə isə -3%
  4. Müştərinin arzusu ilə əmanətinin miqdarından asılı olaraq ona kredit kartı verilə bilər:

        - VİSA Classic / MasterCard Standard - 1000 - 10 000 USD / EUR və ya manat üçün

        - VİSA Gold / MasterCard Gold - 10 000- 50 000 USD / EUR və ya manat üçün

        - Visa Platinum / MasterCard Platinum - 50  000 USD / EUR və ya manatdan yuxarı məbləğ üçün

Kredit xəttinin limiti əmanətin maksimum 50%-i həcmində ola bilər.

  1. Müştəriyə əmanətin 80%-i məbləğində güzəştli kredit verilə bilər. Bu kreditin faiz dərəcəsi minimum əmanətin faiz dərəcəsindən 4% yuxarı olmalıdır.
  2. Əmanət vaxtından əvvəl götürülə bilər:
  • 3 aydan tez götürüldükdə heç bir faiz ödənilmir;
  • 3-6 ay arası illik 1.5% AZN/USD və 0.5% EUR üçün hesablanır;
  • 6-24 ay arası illik 3% AZN/USD və 1% EUR üçün hesablanır;
  • 24-36 ay arası illik 5.5% AZN/USD üçün hesablanır;
  • 36 aydan yuxarı, lakin müddətdən əvvəl götürülərsə, illik 7% AZN/USD  üçün hesablanır;

Ən sərfəli krediti almaq üçün müraciət et