Muğanbank | Banco.az

Muğanbank

 

Call center
Tel: 933

«Muğanbank»ASC İqtisadi İnkişaf Nazirliyinin, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin yerləşdirilməsi üzrə müvəkkil bank seçilmişdir. "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadə qaydalarına" müvafiq olaraq Fondun vəsaitlərinin səmərəli istifadəsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və Mərkəzi Bankın nümayəndələrindən ibarət Müşahidə Komissiyasının 30 sentyabr 2002-ci il tarixli 02 saylı qərarı ilə «Muğanbank» ASC müvəkkil bank seçilmişdir.

Təsisçilərin ümumi yığıncaqlarında bankın strategiyası müzakirə olunarkən Bakıda və Respublikanın müxtəlif regionlarında bank əməliyyatlarının bütün növləri üzrə əhaliyə, eləcə də sahibkarlıq subyektlərinə xidmət göstərilməsi vacib amillərdən biri kimi qəbul edilmişdir.

Bank tərəfindən Respublikanın müxtəlif regionlarında sahibkarlıq subyektlərinə həm bankın öz vəsaitləri, həm də Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına kreditləşmənin aparılması məqbul sayılır.

«Muğanbank» ASC-ni kiçik və orta sahibkarlığın inkişafına Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə vəsaitlərin banklar vasitəsilə yerləşdirilməsi istiqamətində fəaliyyəti uğurla davam etdirməkdədir.

«Muğanbank» ASC maliyyə təsərrüfat fəaliyyətinin auditi beynəlxalq standartlara uyğun aparılır. «Baker Tilly Azerbaijan» beynəlxalq audit şirkəti ilə əməkdaşlıq edir və 2009–2014-cü illərin maliyyə təsərrüfat fəaliyyətinin auditi məhz bu şirkət tərəfindən həyata keçirilmişdir.

Bank müxtəlif yerli və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığını uğurla davam etdirir. Bank kiçik və orta sahibkarlığın kreditləşməsində AYİB ilə əməkdaşlıq edir.

Bankın plastik kart bazarındakı mövqeyinin möhkənlənməsi VISA və MasterCard kimi beynəlxalq ödəniş sistemləri ilə qurulmuş əlaqələrin nəticəsidir.

«Muğanbank»ASC iri müəssisələrlə biznes və layihə maliyyələşdirilməsi sahəsindəki qarşılıqlı faydalı əməkdaşlığını, həmçinin qarşılıqlı faydalı layihələrin birgə həyata keçirilməsi sahəsində Rusiya bankları, iri miqyaslı xarici banklar və investisya fondları ilə əlaqələrini genişləndirməyi planlaşdırır.

27 Noyabr 2006-cı il tarixində «Muğanbank» ASC və AYİB arasında kiçik və orta biznesin maliyyələşdirilməsi üçün 2 milyon ABŞ dolları və ticarətin maliyyələşdirilməsi üçün 1 milyon ABŞ dolları məbləğində birinci kredit xətləri, 27 Noyabr 2007- ci il tarixində isə «Muğanbank»ASC və AYİB arasında kiçik və orta biznesin maliyyələşdirilməsi üçün 4 milyon ABŞ dolları və ticarətin maliyyələşdirilməsi üçün 2 milyon ABŞ dolları məbləğində ikinci kredit xətləri açılmışdır.

2010-cü ildə “Muğanbank” ASC ABŞ-ın WorldBusiness Capital Inc (“WBC) investisiya fondu ilə 10 million ABŞ dolları məbləğində kredit müqaviəsi bağlamışdır.

2013-cü ildə Muğanbank” ASC-nin hər birinin nominal dəyəri 1000 ABŞ dolları, ümumi nominal dəyəri 7 mln. ABŞ dollarına bərabər olan 7 min ədəd qiymətli kağızları Latviya Mərkəzi Depozitariyası (LMD) tərəfindən qeydiyyata alınaraq NASDAQ OMX Riga fond birjasında yerləşdirilmişdir. 

“Muğanbank” ASC Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Ticarətə Yardım Proqramı çərçivəsində 2013-cü ildə Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən fəal emitent bank adına layiq görülmüşdür. AYİB-in 2014-cü ilin 14-16 may tarixlərində Varşavada keçirilmiş İllik Yığıncağı və Biznes Forumu çərçivəsində baş tutan təntənəli mərasimdə “Muğanbank” ASC-yə   müvafiq mükafat təqdim olunmuşdur.

“Muğanbank” ASC,  Baker & McKenzie, BCP Securities  və BNP Paribas qurumlarının dəstəyilə 50 milyon ABŞ dolları məbləğində Avrokommersiya qiymətli kağızları proqramını  (ECP programme) həyata keçirmiş  və həmin proqram çərçivəsində ilk notlar buraxılaraq beynəlxalq bazarda yerləşdirilmişdir. Xüsusilə vurğulamaq istərdik ki, Avrokommersiya qiymətli kağızları proqramı Azərbaycanda ilk dəfə “Muğanbank“ ASC tərəfindən beynəlxalq  bazara çıxarılmışdır.

“Muğanbank” ASC nüfuzlu KfW banklar qrupunun üzvü Deutsche Investitions- und Entwicklungsgesellschaft mbH (DEG) təşkilatı ilə əməkdaşlığa başlamışdır. DEG-dən 15 milyon ABŞ dolları məbləğində kredit vəsaitinin cəlb olunması istiqamətində işlər hal-hazırda davam edir. 

Avropa Yenidənquma və İnkişaf Bankı (“AYİB”) Azərbaycanda enerji səmərəliliyi və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi məqsədilə “Muğanbank” ASC-yə 3 milyon ABŞ dolları məbləğində kredit ayırmışdır. Sözügedən kredit Qafqazda Enerjiyə Qənaət Proqramının bir hissəsidir. “Muğanbank“ ASC AYİB-in Azərbaycanda həmin proqram çərçivəsində enereji səmərəliliyi üzrə layihələrin maliyyələşməsini təmin edən üçüncü partnyor maliyyə təşkilatı olacaqdır. Enerji səmərəliliyinə investisiyalarla bağlı  “Muğanbank” ASC  AYİB konsultantlarının texniki dəstəyindən də istifadə edir.

The Green for Growth Fund, Southeast Europe (GGF)  Azərbaycanda enerjiyə qənaət tədbirlərinə investisiyaları stimullaşdırmaq məqsədilə “Muğanbank” ASC- yə 5 milyon ABŞ dolları məbləğində kredit ayırmışdır. Sözügedən kredit “Muğanbank” ASC-yə Azərbaycanın enerjiyə qənaət üzrə xüsusi kreditlər təklif edən ilk maliyyə təşkilatlarından biri olmağa imkan verəcəkdir. “Muğanbank” ASC tərəfindən veriləcək sub-kreditlər vasitəsilə maliyyələşdiriləcək enerjiyə qənaət investisiyaları nəticəsində əsas enerjiyə il ərzində 8,700   MVt.saat qənaət olunacağı proqnozlaşdırılır. İnvestisiyasından əlavə, GGF, Texniki Yardım Xidməti vasitəsilə “Muğanbank” ASC-yə enerji səmərəliliyi üzrə kredit məhsulları ilə  işi qurmaqda və bankın müştərilərinin enerjiyə qənaət tədbirləri ilə bağlı maarifləndirilməsində köməklik göstərir. 

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası  (ICD) Azərbaycanda  kiçik və orta müəssisələrin ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək uyğun layihələrinin maliyyələşdirilməsi məqsədilə “Muğanbank” ASC -yə   10  milyon ABŞ dolları məbləğində maliyyə xətti ayırmışdır.

Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) Azərbaycanın kənd təsərrüfatı rayonlarında mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə “Muğanbank” ASC-yə  5 milyon ABŞ dolları məbləğində kredit vəsaiti ayırmışdır.  Sözügedən kredit “Muğanbank” ASC-yə  Azərbaycanın kənd təsərrüfatı rayonlarındakı  müəssisələri kifayət qədər maliyyələşmə ilə təmin etməyə, habelə ölkəmizin ucqar kənd təsərrüfatı rayonlarına da xidmət etməyə imkan verəcəkdir.

“Muğanbank” ASC əsasən ölkəmizin regionlarında yeni filiallarını açaraq 2014-cü ildə filiallarının sayını 42-yə, şöbələrinin sayını isə 7-yə çatdırmaqla filial şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirmişdir. 

Bank həmçinin Beynəlxəlq Maliyyə Korporasiyasının korporativ idarəetmə standartlarının tətbiq edilməsi üzrə pilot proqramına seçilmişdir.

Daha çox
Ünvan Azərbaycan, Bakı şəh., AZ1052, Ə.Rəcəbli küç. 21 B,
Telefon (+994 12) 564 35 11, 564 20 35
Filialı 18
Bankomatlar 18
Sayt www.muganbank.az
E-poçt mail@muganbank.az
CEO Elmir Həsənov
Rekvizitlər

Ünvan:Azərbaycan, Bakı ş., AZ1052, Ə.Rəcəbli küç. 21 B
Tel: (+99412) 933, (+994 12) 564 35 11, 564 20 35
Faks: (+994 12) 564 35 11
Kod: 506162 
VÖEN: 1400122681 
Müxbir hesab: AZ41NABZ01350100000000018944
S.W.I.F.T: MUGAAZ22

Müəllif: Samir Abdullayev

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç