“Muğanbank”ın kredit ödənişi və tələblərin qeydiyyata alınması açıqlanıb | Banco.az

“Muğanbank”ın kredit ödənişi və tələblərin qeydiyyata alınması açıqlanıb

Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə "Muğanbank" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu "Muğanbank" ASC-nin ləğvedicisi təyin edilib.

Bu barədə  Əmanətlərin Sığortalanması Fondu  xəbər verir.

Məlumata görə, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Muğanbank” ASC-nin müştərilərinin nəzərinə çatdırır ki, kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi məqsədilə aşağıda qeyd edilən üsullardan istifadə edilə bilər:

  1. Elektron qaydada kredit ödənişlərinin həyata keçirilməsi - https: million.az veb saytı vasitəsilə;
  2. Nağd qaydada kredit ödənişlərinin həyata keçirilməsi – “e-manat”, “Million” və “m-pay” ödəniş köşkləri vasitəsilə;

Köçürmə yolu ilə kredit ödənişlərinin həyata keçirilməsi üçün LPO “Muğanbank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə bank hesablarının rekvizitləri

LPO "Muğanbank" ASC, VÖEN

1400122681

Mərkəzi Bank, VÖEN

9900071001

SWIFT.BIK (AZN)

NABZAZ2C

SWIFT.BIK (xarici valyuta)

NABZAZ2X

Kod

501004

Müxbir hesab AZN

AZ74NABZ01451700000000001944

Hesablaşma hesabı AZN

AZ92NABZ01350100000000065944

Müxbir hesab EUR

AZ58NABZ01452800000000007954

Hesablaşma hesabı EUR

AZ40NABZ01350200000000065954

Müxbir hesab USD

AZ51NABZ01452800000000015840

Hesablaşma hesabı USD

AZ77NABZ01350200000000066840

Ən sərfəli kredit üçün müraciət et

 

Həmçinin qeyd edək ki, kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi qeyd edilən ünvanlarda mümkündür:

Ləğv prosesində olan “Muğanbank” ASC–nin Baş ofisi.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B. AZ1052

Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların regional mərkəzləri üzrə ünvanlar:

  1. Mingəçevir şəhəri, Füzuli küçəsi, 24B
  2. Gəncə şəhəri, Cavadxan küçəsi 10
  3. Sumqayıt şəhəri, 6-cı mikrorayon, Cəlil Məmmədquluzadə küçəsi 7
  4. Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi 256
  5. Lənkəran şəhəri, Mirmustafaxan küçəsi 22

 

Əlaqə: (+994) 941

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et