“Muğanbank”ın nizamnamə kapitalının 100 milyon manata çatdırılmasına qərar verilib | Banco.az

“Muğanbank”ın nizamnamə kapitalının 100 milyon manata çatdırılmasına qərar verilib

23 iyul 2019-cu il tarixində, “Muğanbank” ASC-nin kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə Səhmdarların Ümumi Yığıncağı keçirilmişdir.

İclas zamanı yeni səhmlərin emissiya edilməsi yolu ilə bankın nizamnamə kapitalının 5 milyon manat artırılması qərara alınmışdır.

Bununla əlaqədar, hər birinin nominal dəyəri 200 manat olan, 25 000 ədəd adi, sənədsiz, adlı səhmlərin emissiyasının dövlət qeydiyyatına alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

 

Yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 95 milyon manatdan 100 milyon manatadək çatdırılacaq.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.  

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et