YAPI KREDİ BANK AZƏRBAYCAN UEFA AVROPA LİQASININ RƏSMİ BANKI OLDU | Banco.az

YAPI KREDİ BANK AZƏRBAYCAN UEFA AVROPA LİQASININ RƏSMİ BANKI OLDU

"YapıKredi Bank Azərbaycan" 2016-2017-ci il mövsümü üçün Azərbaycanda UEFA Avropa Liqasının Rəsmi Bankı seçildi.

Hər zaman ilklərə imza atmağı hədəfləyən YapıKredi Bank Azərbaycan bir ilki daha Azərbaycan Bankçılıq Sektoruna təqdim edərək dünyanın ən böyük futbol tədbirlərindən biri olan UEFA Avropa Liqasının Azərbaycandakı Rəsmi Bankı seçildi.

Yapı Kredi Bank Azərbaycanın UEFA Avropa Liqasının rəsmi bankı seçilməsi mövzusunda bankın İdarə Heyətinin Sədri Cenk Yüksel “Futbol sadəcə bir idman növü deyil, eyni zamanda dostluq, səmimiyyət və birlik göstəricisidir. Yapı Kredi Bank Azərbaycan olaraq UEFA Avropa Liqasının Azərbaycanda Rəsmi Bankı seçilməyimiz qürürvericidir. Bu mövsümdə Azərbaycandan da iki klubumuz UEFA Avropa Liqasında çıxış edəcəklər. Fürsətdən istifadə edib, klublarımıza uğurlar arzu edirəm.Ümid edirəm ki, liqada iştirak edən bütün klublar fair play çərçivəsində bizlərə zövq alacağımız oyun izlədəcəklər”  şəklində açıqlama verdi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilən müddət ərzində Yapı Kredi Bank Azərbaycan müştərilərinin diqqətini futbola yönləndirmək və Azərbaycan klublarına dəstək vermək məqsədilə müxtəlif hədiyyələr təqdim edəcək, müsabiqələr keçirəcəkdir.

Yapı Kredi-nin ana səhmdarı UniCredit UEFA Çempionlar liqasınıvə UEFA Avropa liqasını uzunillərdir ki, dəstəkləyir. UniCreditin bu sonsorluq haqqlarını Azərbaycanda Yapı Kredi Bank Azərbaycan markası istifadə edir.

Ən sərfəli krediti almaq üçün müraciət et