Worldcard-la internet alış-verişi indi daha sərfəli oldu | Banco.az

Worldcard-la internet alış-verişi indi daha sərfəli oldu

İnternet alış-verişinizi 3 hissədə ödəyə biləcəksiniz.

Bir çox elektron alış-veriş portallarının istifadə olunduğu dövrdə, internet üzərindən xidmət və ya məhsul almaq zamanımıza və məsrəflərimizə qənaət etmək üçün əla fürsətdir. 

Yapı Kredi Bank Azərbaycan Yeni ilə qısa zaman qalmış, bütün dünyada “Black Friday” olaraq tanınan böyük endirimlər günündə yeni bir kampaniyaya start verir. Kampaniya çərçivəsində Bankın Worldcard müştəriləri online alış-verişlərini nağd qiymətinə 3 hissədə ödəmə şansı qazanırlar.. Dəyəri 50 manat və üzəri olan məhsulların dəyərini 3 ayda ödəməklə, geyim, təyyarə bileti, telefon, kompüter və s. kimi əşyalara sahib ola bilərsiniz.

Qeyd edək ki, kampaniya 27 Noyabr 2015 tarixində başlayır və 5 Yanvar 2016 tarixinə qədər davam edəcəkdir. Kampaniya haqqında ətraflı məlumatı *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanın qazandıran kredit kartı olan Worldcard istifadəçilərinə fürsətlərlə zəngin bir dünya təklif edir. Geniş alış-veriş şəbəkəsinə sahib olan Worldcard-la World-ə Üzv Ticarət Obyektlərində edilən alış verişlərdə bal  qazana və hissə-hissə ödəmə imkanlarından faydalana bilər, daima keçirilən  kampaniyalardan, imtiyazlı əlavə xidmətlərdən yararlana bilərsiniz.  Sizə ən uyğun Worldcarda sahib olmaq üçün ən yaxın məsafədə yerləşən Yapı Kredi Bank Azərbaycan filialına yaxınlaşa, və ya  www.worldcard.com.az  saytından onlayn sifariş edə bilərsiniz. Qeyd edək ki, artıq Classic Card-lara illik üzvlük haqqı tətbiq olunmur.

Ən sərfəli krediti almaq üçün müraciət et