Nikoyl Bank öz müştərilərinin dollarla götürülmüş kreditlərinin müddətini faizsiz uzatdı | Banco.az

Nikoyl Bank öz müştərilərinin dollarla götürülmüş kreditlərinin müddətini faizsiz uzatdı

Nikoyl Bank Novruz bayramı münasibətilə hamını təbrik edir və bununla əlaqədar olaraq 23 – 27 Mart tarixləri arasında borcalanları üçün “Açıq qapı günləri” elan edir! Bu günlər ərzində bankın bütün filiallarında kredit ödənişləri qəbul olunacaq, eyni zamanda, müştərilər “Dollarla kredit götürən borcalanlar üçün maliyyə dəstəyi” aksiyasından istifadə edə biləcəklər.

Məlumat üçün xatırladaq ki, qeyd olunan aksiya Bankın istehlak və ya biznes məqsədilə dollarla kredit götürmüş borcalanları üçün nəzərdə tutulmuşdur. Belə ki, kredit ödənişi üzrə gecikmə müddəti 30 günü keçməsin. Əgər müştəri yuxarıda qeyd olunan kriteriyalara uyğundursa, Bank müştərinin müraciətindən sonra faiz dərəcəsini, əlavə komissiya və digər ödənişləri əlavə etmədən kredit ödənişinin müddətini 40%-a qədər artırır. Bu isə öz növbəsində kreditin aylıq ödənişini azaldır. Bu mexanizm kredit üzrə aylıq ödənişin manat ekvivalentini əvvəlki səviyyədə saxlamağa imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et