“Manata dəyər verək” adlı kampaniyaya start verildi | Banco.az

“Manata dəyər verək” adlı kampaniyaya start verildi

Bu gündən etibarən “AtaBank” ASC manat əmanətləri üzrə faiz dərəcələrini artırdı. Artıq müştərilər bir il müddətinə illik 12%, 5 il müddətinə isə illik 16% dərəcə ilə əmanət yerləşdirə bilərlər. Hər ay əmanət hesablarını artırmaq istəyərək yığım edən müştərilər üçün də Bank tərəfindən xoş xəbər var. Belə ki, “Yığım” əmanəti üzrə faiz dərəcələri 1% daha artırıldı. Ümumilikdə “AtaBank” ASC manat əmanətləri üzrə illik faiz dərəcələrinin artımını “Manata dəyər verək” şüarı altında xüsusi kampaniya çərçivəsində davam etdirəcək.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin aparıcı banklarından biri olan “AtaBank” ASC-nin 2014-cü ilin sonuna aktivləri il ərzində 54,8% artaraq 580,3 mln manat təşkil etmişdir. Həm pərakəndə, həm də biznes bankçılıq istiqamətlərində uğurlu olan “AtaBank” ASC-nin ötən ilin sonuna əmanət portfeli 511,0 mln manat təşkil etmişdir, bunlardan da 166,0 mln manatı fiziki şəxslərin müddətli depozitləri olmuşdur.

Ən sərfəli krediti almaq üçün müraciət et