“DəmirBank” ASC 2014-cü ildə malların satınalınması məqsədilə açıq tender elan edir | Banco.az

“DəmirBank” ASC 2014-cü ildə malların satınalınması məqsədilə açıq tender elan edir

DəmirBank ASC 2014-cü ildə dəftərxana ləvazimatı, kartric  və təsərrüfat mallarının illik satınalınması məqsədilə açıq tender elan edir.

İştirakçılar tenderdə iştirak etmək üçün 7 fevral 2014-cü il saat 18.00 -a qədər aşağıdakı sənədləri poçt vasitəsi ilə və ya şəxsən təqdim etməlidirlər:

  • Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət (ərizə);
  • İştirakçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;
  • İştirakçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə (VÖEN) və kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, ehtiyac olduqda lisenziya) surətləri;
  • Ərizə, tender təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
  • İştirakçının potensial imkanlarının olması haqqında məlumat (Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar);
  • Müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair son vergi ilində təmin edilməmiş öhdəliklərin olub - olmaması haqda arayış.

Tender təklifi 2 nüsxədə (əsli və surəti) və tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı ilə birlikdə 7 fevral 2014-cü il saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Qarabağ küçəsi, 31 nömrəli ünvanda yerləşən “DəmirBank” ASC-nin Baş ofisinə  təqdim edilməlidir.

İştirakçıların tender zərfləri “DəmirBank” ASC-nin Baş ofisində 8 fevral 2014-cü il tarixində saat 10.00-da açılacaqdır. İştirakçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender 3 (üç) lot üzrə keçirilir:

Lot-1. Dəftərxana ləvazımatının təchizi və vaxtında ünvana çatdırılması

Ən sərfəli kredit üçün müraciət et

Lot-2. Təsərrüfat mallarının təchizi və vaxtında ünvana çatdırılması

Lot-3. Kartriclərin təchizi və vaxtında ünvana çatdırılması.

Malların təchizatı cədvəli hər ay üçün müəyyən edilib və 30 dekabr 2014-cü il tarixinə kimi nəzərdə tutulub.

Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.

 

Əlaqələndirici şəxs: Eldəniz Qasımlı

Telefon: 012 444 71 71 (daxili 612)

Ünvan: Bakı şəhər “DəmirBank” ASC, Baş ofis, Qarabağ küçəsi 31.

Tender üzrə bütün prosedurlar (yazışmalar, sənədləşmə və s.) Azərbaycan dilindədir.

Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, satınalınacaq malların  vaxtında çatdırılması, xidmətlərin yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti kimi  meyarlara üstünlük veriləcəkdir.

İştirakçının Tender təklifi tender zərflərinin açıldığı gündən ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır.

 

“DəmirBank” ASC

Qarabağ küç .31,

Bakı AZ1008

Tel: +994 12 149, 444 71 71

Fax: +994 12 496 09 77

Müxbir hesab: AZ85NABZ01350100000000011944

Kod: 509750

VOEN: 9900001471

S.W.I.F.T BİK: AZERAZ22

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç