"Bank Standard"-ın "Səkkizinci" filialı yeniləndi və genişləndi. | Banco.az

"Bank Standard"-ın "Səkkizinci" filialı yeniləndi və genişləndi.

“Bank Standard”-ın 8-ci kilometr qəsəbəsində yerləşən “Səkkizinci” filialı yeni dizaynda və daha geniş xidmət növlərilə müştərilərin ixtiyarına verildi. Filialın yenilənməsində əsas məqsəd daha üstün və operativ xidmət göstərməkdir.

Təmirdən sonra konstruktiv olaraq formasını dəyişən və genişlənən “Bank Standard”-ın “Səkkinzinci” filialında müştərilərə xidmət üçün artıq daha komfortlu şərait yaradılıb. Kredit ödənişləri və əməliyyatlar üçün iki müxtəlif zalın ayrılması, iki xəzinənin fəaliyyət göstərməsi müştəri vaxtına qənaət edərək bank əməliyyatlarının qsa zamanda həyata keçirilməsinə imkan verəcək. Bundan başqa “Səkkizinci”-nin müştəriləri kommunal və kredit ödənişlərini də heç bir sıra gözləmədən, filialda yerləşdirilən MilliÖn ödəmə terminalları vasitəsilə rahatlıqla həyata keçirə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

“Səkkizinci” müştərilərini texniki yenilənmə ilə də sevindirəcək. Filialda quraşdırılan LCD monitorlar banka daxil olan zaman xidmətlər haqqında daha rahat və dolğun məlumat almağa kömək edəcək. Bankın genişlənən sahəsi isə filiala gələn hər bir müştəriyə heç bir sıxlıqla üzləşmədən lazımi əməliyyatı rahat həyata keçirməyə imkan verəcək.

Qeyd edək ki, “Bank Standard”-ın “Səkkizinci” filialı 2001-ci ildən fəaliyyət göstərir. Bu günə qədər filial pərakəndə və korporativ sahələr üzrə 10.000-dən çox müştəriyə xidmət göstərib. 

Bir sözlə, yenilənən “Səkkizinci”miz daha üstün xidmətlə müştərilərini qəbul etməyə hazırdır

Ən sərfəli krediti almaq üçün müraciət et