“Bank of Baku” “Лидер” pul köçürmə sisteminə qoşuldu! | Banco.az

“Bank of Baku” “Лидер” pul köçürmə sisteminə qoşuldu!

Artıq “Bank of Baku” müştəriləri vəsaitlərini “Лидер” (Rusiya) təcili pul köçürmə sistemi vasitəsilə rahat köçürə bilərlər. MDB və istənilən digər xarici ölkəyə pul köçürməyə imkan verən “Лидер” sisteminin tarifi 1%-dən başlayır. “Лидер”  sistemi vasitəsilə vəsaitləri həm köçürmək, həm də almaq olar.

Müştərilər vəsaitlərini rus rublu, ABŞ dolları və avroda köçürə bilərlər.

Misal üçün, əgər müştəri 100.000 rubl və ya 3.000 ABŞ dolları/avroya qədər vəsait köçürürsə, məbləğin cəmi 1,5%-i həcmində komissiya tutulacaq.

“Лидер” təcili pul köçürmə sistemi sərfəli tarifləri, çevikliyi və xidmətlərinin yüksək keyfiyyəti ilə seçilir. Pul köçürmə əməliyyatı üçün rəsmiləşdirmə isə sadəliyi ilə seçilir. 2003-cü ildən fəaliyyət göstərən “Лидер” təcili pul köçürmə sistemi dünyanın 132 ölkəsini əhatə edir.

“Лидер” təcili pul köçürmə sistemi ilə vəsait köçürmək üçün “Bank of Baku”-nun istənilən filialına müraciət etmək tələb edilir. Filialların tam siyahısı və ünvanları burada: http://www.bankofbaku.com/az/filials-and-atms/fillials/

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Bank of Baku”-nun təcili pul köçürmə xidmətlərindən yararlanmış müştərilərə bonus kartlar verilir. Bu kartların sahibləri köçürülən vəsaitin 0,20%-dək bonus qazanır və yığılan bonusun məbləği 5 AZN-dən artıq olduqda həmin bonusları nağdlaşdıra bilir.

Hal-hazırda “Bank of Baku”  “Caspian Money Transfer”, “Contact”, “Western Union” və “Monex” təcili pul köçürmə sistemləri ilə əməkdaşlıq edir.

Daha ətraflı: 145 Məlumat Mərkəzi və ya www.facebook.com/bankofbaku

Bank of Baku

Ən sərfəli krediti almaq üçün müraciət et