Bank BTB ASC-də Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirildi | Banco.az

Bank BTB ASC-də Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirildi

Bu gün, Bank BTB ASC-nin baş ofisində Xocalı faciəsinin 25 –ci il dönümünə həsr olunmuş iclas keçirildi. Tədbirin açılışını edən Müşahidə Şurasının Sədri Rza Sadiq bu faciənin miqyasından, xalqımıza vurulmuş zərbədən, insanlığa qarşı olunmuş qəddarlıqdan və dünyada əks-sədasından danışdı. Rza Sadiq həmçinin bildirdi ki: “26 fevral Xocalı soyqırımı hadisəsi Azərbaycan tarixinin ən faciəli anlarından biridir. Bu hadisə dinc insanların, uşaqların, qadınların və qocaların yalnız etnik və dini mənsubiyyətlərinə görə törədilib. Belə  hadisələri unutmayaraq yad etməliyik ki, ədalətli səsimiz dünya ictimaiyyətinə düzgün çatdırılsın”.

Daha sonra söz alan Bank BTB-nın İdarə Heyətinin Sədri Emil Rzayev Xocalı soyqırımı ilə əlaqədar xatirələri ilə bölüşdü. Faciənin xalqımıza qarşı soyqırımı hadisəsi olaraq tanınması, Xocalı həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğuladı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, iclasda İdarə Heyətinin üzvləri, departament rəhbərləri, şöbə müdirləri və digər işçilər iştirak etdilər. Yığıncaq iştirakçıları öz xatirələri ilə bölüşərək, bu tədbirlərin xalq yaddaşımızın formalaşması üçün vacibliyini bildirdilər.

İclasın sonunda faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. 

Ən sərfəli krediti almaq üçün müraciət et