Bank 2 mükafat aldı | Banco.az

Bank 2 mükafat aldı

Kapital Bank  2015-ci ilin daha bir uğuruna imza atıb. Bank Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) iki mükafatına layiq görülüb. Ölkəmizdəki biznes qurumlarının sosial məsuliyyət layihələrində iştirakı səviyyəsinin qiymətləndirilməsi məqsədilə  AmCham-ın keçirdiyi müsabiqənin yekunu olaraq Kapital Bank 2 nominasiya üzrə önə çıxıb.

Goranboy rayonunda məskunlaşmış Xocalı köçkünlərinin içməli su probleminin həlli məqsədilə həyata keçirdiyi korporativ sosial məsuliyyət layihəsinə görə Bank birinci yerə layiq görülüb. Talassemiyadan əziyyət çəkən körpələrin həyatına dəstək naminə keçirilmiş qanvermə aksiyalarında aktiv iştirakı isə Kapital Banka müsabiqədə üçüncülük qazandırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bankın Marketinq və PR departamentinin direktoru Vüsal Nağıyev bu mükafatların Kapital Bank üçün böyük mənəvi dəyər kəsb etdiyini bildirib: “Bütün bunlar reallaşdırdığımız KSM layihələrinin cəmiyyət tərəfindən həssaslıqla izləndiyini və rəğbətlə qarşılandığını göstərir. Bu da Kapital Bankı öz mənəvi missiyasını gələcəkdə də uğurla davam etdirməyə ruhlandırır”.

Ən sərfəli krediti almaq üçün müraciət et