Azərbaycan Beynəlxalq Bankı elektron ticarətin inkişafında liderdir | Banco.az

Azərbaycan Beynəlxalq Bankı elektron ticarətin inkişafında liderdir

Azərbaycan Beynəlxalq Bankı Mərkəzi Bankın 2016-cı ilin nəticələrinə əsasən ölkədəki banklar arasında keçirdiyi müsabiqədə "Elektron ticarətin inkişafında lider bank" və “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyalarının qaliblərindən olub.

Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycan Beynəlxalq Bankının ödəniş kartları ilə 28 mindən çox əməliyyat yerinə yetirilib. Əməliyyatların ümumi dövriyyəsi 4 milyard manatdan artıq olub. Aktiv ödəniş kartlarının sayı hazırda 1 milyon 300 mindən çox olan Bankın 763 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 11300 POS terminalı müştərilərin istifadəsindədir.

Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. “VİSA PayWave” və “Mastercard PayPass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkəmizdə ilk dəfə olaraq məhz Azərbaycan Beynəlxalq Bankı tətbiq etməyə başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, “VİSA İnternational”  şirkəti ilə müştərək şəkildə “Sıfırməsuliyyət” (Zero liability) siyasətinin ölkəmizdə ilk dəfə tətbiqi də məhz Azərbaycan Beynəlxalq Bankına məxsusdur.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et