"AtaBank" dünyanın istənilən plastik kartlarına pul köçürmə prosesini sürətləndirdi | Banco.az

"AtaBank" dünyanın istənilən plastik kartlarına pul köçürmə prosesini sürətləndirdi

“AtaBank” ASC, LİDER təcili pul köçürmələri sistemi ilə birgə aktiv plastik kart istifadəçilərini sevindirir.

Dünyanın istənilən VISAvə ya MasterCard plastik kartına dәrhal pul vәsaiti yatırmaq istəyirsinizsə, AtaBank-ın filiallarına və ya şöbələrinə müraciət edə bilərsiniz.

Köçürməni həyata keçirmək üçün Sizə sadəcə kartın nömrəsini bilmək kifayyətdir. Pulun göndərilməsi və qəbulu proseduru son dərəcə rahat və sadədir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, pul köçürmə xidmətlərini “AtaBank”-ın 26 filial və şöbəsində həyata keçirmək mümkündür. Bank Western Union, Xəzri, Zolotaya Korona, Contact,  Blizko və LİDER sistemləri ilə  beynəlxalq köçürmələr həyata keçirir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et