"AtaBank" ASC "Caucasian Motofest" beynəlxalq festivalının rəsmi sponsoru oldu | Banco.az

"AtaBank" ASC "Caucasian Motofest" beynəlxalq festivalının rəsmi sponsoru oldu

29-31 avqust 2014-cü il tarixində, Şəki şəhərində,  Qafqazda ilk dəfə
dünyanın bir çox ölkələrindən qatılan  baykerlərin iştirak etdiyi Moto
Festival keçirilib. Bütün festival ərzində "AtaBank" ASC-nin səyyar bankomatı olan "AtaMatik", Şəkinin tarixi memarlıq abidəsi olan Aşağı
Karvansarayın qarşısında dayanaraq iştirakçılara, azarkeşlərə,
nümayəndələrə və bütün qonaqlara müxtəlif növ bank əməliyyatlarından
istifadə etmək imkanı yaradıb. "AtaMatik" səyyar bankomatının göstərdiyi
xidmət sayəsində hər  bir kəs plastik kart vasitəsi ilə nağd pul çıxara,
habelə nağdsız ödənişlər və əməliyyatlar apara bilıb.
Öz müştərilərinə daim innovativ texnoloji imkanlar təqdim edən "AtaBank"

ASC-nin İdarə Heyətinin üzvü - İcraçı Direktor Elnur Osmanov bildirib ki:

Ən sərfəli kredit üçün müraciət et

"Moto Festivalda dünyanın bir çox ölkələrindən baykerlər iştirak edib və
iştirakçılara məhz AtaBankın xidmət göstərməsi ilə fəxr edirik və qürur
duyuruq".Xatırladaq ki, Moto Festivalda ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran və s. ölkələrdən baykerlər iştirak edib.


 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç