Samsung şirkəti smartfonlarında spam zəngləri filtrləmək funksiyasını aktivləşdirəcək.
Yenilik 2021-ci ildə istifadəçilərin ixtiyarına veriləcək. Nəticədə spam xarakterli zəngləri bloklamaq mümkün olacaq.
Funksiya Samsung şirkəti ilə Boya arasındakı əməkdaşlıq nəticəsində tətbiq ediləcək. Əməkdaşlıq 2025-ci ilədək davam edəcək. İstifadəçilər spam zəngləri əngəlləmək üçün zəng parametrlərinə diqqət etməlidirlər.
Yenilik ilk dəfə Galaxy Note20 seriyalı telefonlarda istifadəyə veriləcək. Zaman keçdikcə daha çox Samsung istifadəçisi bu "ağıllı zəng" funksiyasından yararlana biləcək.
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!