Azərbaycan Respublikasında hazırda fəaliyyət göstərən banklar sırasında ilk kommersiya banklarından biri olan Expressbank 2019–cu ilin üçüncü rübünün maliyyə hesabatını açıqlayıb.
Hesabata əsasən Bankın xalis mənfəəti 25.59 mln manata çatıb. Nəticədə kapitalın illik gəlirlik göstəricisi 28%-dək yüksəlmişdir.
Həmçinin, kredit risklərinin səmərəli idarə edilməsi nəticəsində portfelin problemli hissəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2.1%-dən 1.7%-ə qədər azalmışdı
III rübünün yekununda Bankın faiz gəlirləri 27.91 mln manat, faiz xərcləri isə 7.97 mln. manat olmuşdur. Beləliklə 19.9 mln. manat faiz mənfəəti əldə edilmişdir ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 20.5% artım deməkdir.
Kapitalın adekvatlıq səviyyəsinə görə Bank yüksək nəticələr nümayiş etdirərək dayanıqlıq göstəricilərinə görə aparıcı sıralarda qərarlaşmışdır. Belə ki, cari ilin III rübünə I dərəcəli kapitalın adekvatlığı 38%, məcmu kapitalın adekvatlığı isə 50% təşkil etmişdir.
Fəaliyyətini müştəri məmnunluğunun və xidmətinin yüksək səviyyədə saxlanmasına və hər bir müştərinin etibarlı tərəfdaşına çevrilməsinə yönəldən Expressbank-da cari il ərzində əhalinin yerləşdirdiyi əmanətləri illik 23,4% və ya 27.8 mln. manat artaraq 146.9 mln. manat təşkil etmişdir.
Hesabatla daha ətraflı tanış olmaq üçün linkə https://www.expressbank.az/reports keçid ala bilərsiniz.
Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.