Əməliyyat xidmətləri üzrə mütəxəssis
Əməliyyat xidmətləri üzrə mütəxəssis
Tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli;
Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
Ünsiyyət qurma, dinləmə, müşahidə etmə və problemi həll etmə bacarığı olmalı;
Komandada işləmək bacarığı olmalı;
Qüvvədə olan bank qanunvericiliyini bilməli;
Öhdəliklər:
Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
Müştərilər üçün hesabların açılması, müqavilələrin hazırlanması;
Bank hesablarına nəzarət etmək və hesablar üzrə əməliyyatlar aparmaq;
Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
Hüquqi şəxslər üzrə köçürmələr,hesab açılışı və digər əməliyyatları aparmaq
CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Əməliyyat xidmətləri üzrə mütəxəssis ) qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.