8 bankın Mərkəzi Banka borcu 146 milyon manatdan çoxdur | Banco.az

8 bankın Mərkəzi Banka borcu 146 milyon manatdan çoxdur

Bu il aprelin 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri barədə məlumat verib ki, bunlardan da 8-i tənzimləyici quruma ümumilikdə 146 milyon 8 min manat borcludur.

Həmin banklar "AGBank", "Nikoyl Bank", "Xalq Bank", "Premium Bank", "Atabank", "Bank BTB", "Günay Bank" və "Kapital Bank"dır.

Bu banklardan AMB-yə ən çox borclu olan "AGBank" (38,9 milyon manat), ən az borclu olan isə "Kapital Bank"dır (0,5 milyon manat).

Tənzimləyici quruma borclu olmadığını bəyan edən 13 bank isə "Access Bank", "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "Bank of Baku", "Bank VTB Azərbaycan", İran Milli Bankının Bakı filialı, "Muğan Bank", "Naxçıvan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Zıraat Bank Azərbaycan"dır.

8 bank - "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank Respublika", "Express Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank" AMB qarşısında öhdəliklərini açıqlamayıb. 

 

3 bank Mərkəzi Banka borcunu tam qaytarıb

Bu il aprelin 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliklərinin illik dinamikası barədə məlumat verib.

Ən sərfəli kredit üçün müraciət et

Bu banklardan 3-ü - "Bank of Baku", "Bank VTB Azərbaycan" və "Muğan Bank" son 1 ildə tənzimləyici quruma borcunu tam qaytarıb. Yəni, öhdəliklərdə 100% azalma var.

Bununla yanaşı, 5 bank da AMB-yə borcunu qismən azaldıb. Bunlar "AGBank", "Günay Bank", "Xalq Bank", "Nikoyl Bank" və "Bank BTB"dir. Ən çox azalma "Bank BTB"də (73,6% az), ən az azalma isə "AGBank"da (2,8%) qeydə alınıb.

1 bankın - "Atabank"ın AMB-yə borcu olduğu kimi qalıb, yəni dinamika 0%-dir. 

1 bankın - "Premium Bank"ın tənzimləyici quruma borcu 28,6% artıb.

11 bankın - "Access Bank", "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Naxçıvan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Zıraat Bank Azərbaycan"ın son 1 ildə AMB qarşısında öhdəliyi olmayıb, 1 bankın - "Kapital Bank"ın isə tənzimləyici qurum qarşısında öhdəliyi ötən ilin IV rübündə yaranıb. Odur ki, bu bankların AMB-yə borcunun dinamikasını hesablamaq mümkün olmayıb.

8 bank - "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank Respublika", "Express Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank" isə AMB-yə borclarının illik dinamikasını açıqlamayıb. 

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et