Hüquqşünas | Banco.az
ABB

Hüquqşünas

Vakansiya haqqında məlumat: 

Azərbaycan Beynəlxalq Bankı Hüquqşünas vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

 Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
 Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
 Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
 Filial, şöbə və nümayəndəliklərin açılması ilə bağlı hüquqi sənədləri hazırlanması;
 Struktur və bölmələrin iş fəaliyyətində orta çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
 Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
 Protokolların aparılması, hazırlanması;
 Məhkəmə və digər orqanlarına sənədlərin hazırlanması və təqdim edilməsi;
 Məhkəmədə və digər orqanlarda Bankın adından çıxış edilməsi;
 Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.

Davranış səriştələri:

 Analitik düşüncə qabiliyyəti
 Detallara diqqət
 İnandırıcılıq
 Qərar vermə 
 Yazı qabiliyyəti

Vakant vəzifə üzrə tələblər:

 Ali hüquqi təhsil;
 Azərbaycan Rus dillərin mükəmməl danışıq və yazı bacarığının olması, İngilis dil biliyi – yaxşı səviyyədə;
 Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
 Hüquq sahəsində 3-5 illik iş təcrübəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 dekabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Hüquqşünas” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et