Dizayner
Vəzifə üzrə əsas fəaliyyət:
· Reklam broşurlarının, plakatların, posterlərin, stendlərin, banerlərin (flaş baner) dizaynının hazırlanması;
· WEB səhifənin dizaynının yaradılması, elementlərinin saytda yerləşdirilməsi;
· Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətdə həyata keçirilməsi;
· Bankın korporativ «brandbook»-una əsaslanaraq bütün dizayn işlərinin və təqdimatların hazırlanmasının həyata keçirilməsi;
· Bankın intranet, websayt və digər sosial şəbəkələrdəki rəsmi səhifələrini korporativ imicə uyğun olaraq dizayn eskizlərinin həyata keçirilməsi;
· Filialların eksteryer və interyer dizayn eskizlərinin hazırlanması;
· Küçə və fasad reklamının dizayn işlərinin (pilonlar, asmalar) eskizlərinin hazırlanması.
Namizədə olan tələblər:
· Ali təhsil (arzuolunandır);
· Azı 2 il bu sahə üzrə iş təcrübəsinin olması;
· Adobe Photoshop, Adobe Illustrator, CorelDraw, HTML/CSS proqramları peşəkar səviyyədə bilməsi (Flaş proqramını bilməsi arzuolunandır);
· GİF formatında işləmək bacarığı;
· Banerlərin yaradılması bacarığı;
· Fərdi və komanda şəklində işləmə bacarığı;
· Maraqlı və kreativ ideyalara malik olması;
· Məsuliyyətlilik, operativlik, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
· İngilis dili bilən namizədlərə üstünlük verilir.
Əlavə Məlumat:
· İstirahət günləri: şənbə və bazar günləri;
· Əmək haqqı: 800-1200 AZN (namizədin iş təcrübəsindən asılı olaraq);
· Namizədlə müvəqqəti (7 ay müddətinə) müqavilə bağlanacaqdır.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-lərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Vakansiya ilə əlaqədar müraciət edən şəxslərin qeyd edilən e-mail ünvanına CV ilə birlikdə öz portfoliolarını da göndərmələri mütləqdir.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E - mail : career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33