Bank BTB 5000 AZN-dək istehlak kreditləri təklif edir | Banco.az

Bank BTB 5000 AZN-dək istehlak kreditləri təklif edir

Hər zaman müştərilər üçün faydalı və sərfəli xidmətlər təqdim edən Bank “BTB” ASC, dövlət və ya özəl müəssisələrin əməkdaşlarına, həmçinin ayda minimum 400 AZN təqaüd alan təqaüdçülərə “Nağd pul krediti” məhsulunu təklif edir. Kreditin maksimal məbləği 5000 AZN, maksimal müddəti isə 36 aydır. Kredit üzrə illik faiz dərəcəsi kredit tarixçəsindən və müştəri kateqoriyasından asılı olaraq dəyişir, komissiya isə 1% təşkil edir. Müştərinin cari iş fəaliyyəti üzrə staj tələbi minimum 6 aydır. 2000 manatadək kredit üçün zamin tələbi yoxdur.

Krediti əldə etmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (təqaüdçülər üzrə təqaüd haqqında arayış) tələb olunur. İş yerindən arayışı elektron arayış formasında da təqdim etmək olar. Müştəri sadəcə şəxsiyyət vəsiqəsilə bankın xidmət nöqtəsinə yaxınlaşıb kredit üçün müraciət etdikdə, həmin xidmət nöqtəsində müştəri üçün elektron arayış əldə olunur və bu kredit ayrılması üçün kifayət edir.

Ən sərfəli kredit üçün müraciət et

Bank BTB - nin məhsul və xidmətləri, həmçinin filial və şöbələri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən,  www.btb.az saytından və ya bankın Facebook səhifəsindən www.facebook.com/bankbtb ətraflı məlumat almaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et