Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 643,133 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 41,745 mln. manat, “Zaminbank” ASC - 51,043 mln. manat, “Kredobank” ASC - 26,136 mln. manat, “Dekabank” ASC - 2,887 mln. manat, “Atrabank” ASC - 14,17 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,88 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,117 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 120 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 360,322 mln. manat kompensasiya alıblar.
Mənbə: Report.az