Vakansiya haqqında məlumat:
“TCF” Bank olmayan kredit təşkilatı ASC "Sumqayıt" filialının müdiri vəzifəsinə işçi qəbulu elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Yeni müştərilərin cəlb edilməsini təmin etmək;
- Müştərilərin yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
- Filialın portfelinin keyfiyyətli idarə olunması;
- Filialın satış büdcəsinin reallaşmasına nəzarət etmək və hədəflərə çatmaq üçün mane olan faktorların səbəblərini müəyyən etmək;
- Filialın fəaliyyəti ilə bağlı təkliflər vermək;
- Filial işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
- Əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Lizinq, bank və ya bank olmayan kredit təşkilatında ən azı 2 (iki) il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcək);
- Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
- Analitik mühakimə etmək qabiliyyəti;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını ("Sumqayıt" filialının müdiri) qeyd etməklə göndərmələri xahiş olunur.
CV-lər həmçinin aşağıda göstərilən ünvanlara təqdim edilə bilər:
Baş İdarə
Ünvan: Bakı şəh., Binəqədi Rayonu, Ə. Naxçıvani, ev 3066-cı məhəllə
“Sumqayıt” filialı
Ünvan: Sumqayıt şəh., M.Əsədov, 53-cü məhəllə
Faks: (99412) 563 23 27
Şirkət:
“TCF” Bank olmayan kredit təşkilatı