Banco.az portalında Könüllü | Banco.az

Banco.az portalında Könüllü

Vakansiya haqqında məlumat: 

Banco.az bank sahəsini öyrənmək istəyən gənclər üçün Könüllü vakansiyası elan edir. 

İşin təsviri:

  • Banklarla birgə layihələrin həyata keçirilməsi
  • Bank sahəsində ən son yenilikləri izləmək və tədbirlərdə iştirak etmək
  • Banklar haqqında informasiyanın toplanması
  • Maliyyə sahəsi haqqında məqalələrin yazılması

Müraciət üçün tələblər:

  • Universitet tələbələri (qiyabi və ya axşam təhsili alanlar üstünlük veriləcək), magistr və ya universiteti yenicə bitirmiş gənclər 
  • Azərbaycan və ya rus dilli bilikləri yaxşı səviyyədə olan
  • İqtisadiyyata, maliyyəyə və bank sahəsinə marağı olan
  • Gənc və dinamik kollektivdə işləmək həvəsi olan

Könüllük dövründə əməkdaşlara təqaüd ödəniləcəkdir.

Banco.az-da çalışmaq sizə bank sahəsində geniş təcrübə qazandıracaq. Maraqlanan şəxslər öz cv-lərini [email protected] və ya [email protected] ünvanına Könüllü mövzusunu qeyd etməklə göndərə bilərsiniz.

Şirkət: 
Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et