Müəllif:Ayşən İmanova/Banco.az
Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb.
Banco.az xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsi məlumat yayıb.
Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb.
Qeyd edək ki, ən bahalı mənzillər Mtatsminda (kv. m üçün 2 min dollardan çox) və Vake (kv. m üçün 1,8 min dollar) mərkəzi ərazilərində, ən ucuz mənzillər isə Samqori (kv. m üçün 374 dollar) və Qldani (kv. m üçün 112 dollar) yaşayış massivlərində olduğu bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!