Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiyanın ixracatı ötən üç ay ərzində ilk dəfə azalıb.
Banco.az xəbər verir ki, Yaponiyanın noyabr ayında ixracatı Çinə çip tədarükü ilə əlaqədar olaraq son üç ayda ilk dəfə azalıb.
Yaponiya Maliyyə Nazirliyinin açıqladığı məlumatlara görə, ötən ay ölkədə ixrac əvvəlki ilin eyni ayı ilə müqayisədə 0,2 faiz azalıb ki, bu da üç ay ərzində qeydə alınan ilk illik azalmadır.
Qeyd edək ki, ekspertlər noyabr ayında 1,5 faizlik artım gözləyirdilər. Oktyabrda isə 1,6 faiz artım müşahidə olunmuşdu.
İdxal isə gözləniləndən də çox azalıb. Belə ki, 8,6 faiz proqnozlaşdırılan idxalda geriləmə nisbəti 11,9 faiz hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!