Müəllif:Mehin Qasımova/Banco.az
Mobil bankçılıqdan istifadə gündən-günə artır. Bu gün mobil bank əməliyyatları həyatımızı asanlaşdırır və əməliyyatlarımızı sürətləndirir. Aparılan soğunun nəticələrinə əsasən, mobil bankçılığın ənənəvi bankçılığı üstələdiyi məlum olub.
Qlobal İstehlakçı Sorğusu (Statista Global Consumer Survey ) 2022-ci ilin aprelindən 2023-cü ilin martına qədər 56 ölkədə aparılıb. Nəticələrə görə, Türkiyə və Nigeriyada araşdırmaya qatılanların 83 faizi əməliyyatlarını bu şəkildə həyata keçirdiklərini bildirib.
Araşdırmada iştirak edən Türkiyə vətəndaşlarının 50 faizinin bank əməliyyatları üçün noutbuk və kompüterlərdən istifadə etdiyi, telefon bankçılığının isə ikinci ən populyar variant olduğu bildirilib.Son illər mobil bankçılıqdan istifadə Asiya ölkələri arasında daha çoxluq təşkil edir. Sinqapur, Cənubi Koreya və İndoneziyada hər 10 nəfərdən 8-i mobil bankçılıqdan istifadə edir. ABŞ və Almaniyada mobil bankçılıqdan istifadə dərəcələri nisbətən aşağı olub. ABŞ- da mobil bankçılıqdan istifadə nisbəti daha yüksək olduğu halda , Almaniyada kompüter və ya noutbuklardan istifadə nisbətinin daha yüksək olduğu müşahidə edilib.
Həmin sorğunun nəticələrini sizə təqdim edirik: