Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə may ayında maaşlı işçilərin sayı illik 347 min nəfər artıb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) Maaşlı İşçi Statistikasının 2023-cü ilin may ayı üzrə məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, sənaye, tikinti və ticarət-xidmət sektorlarında maaşlı işçilərin ümumi sayı 2023-cü ilin may ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 4,0 faiz artıb.
Belə ki, ötən ilin eyni ayında maaşlı işçilərin sayı 14 milyon 308 min 991 nəfər olduğu halda, 2023-cü ilin may ayında 14 milyon 881 min 757 nəfərə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!