Müəllif: Tamara Mustafayeva, Banco.az
“TikTok” kontent yaradıcıları üçün formalaşdırdığı yeni gəlir modelini təqdim edib.
Banco.az xəbər verir ki, sosial media nəhəngi yeni xüsusiyyəti "Yaradıcılıq Proqramı"nın ABŞ, Braziliya və Fransada sınaqdan keçirilməyə başladığını açıqlayıb.
Hazırda yalnız dəvət edilmiş şəxslər üçün əlçatan olan proqramın yaxın vaxtlarda bütün istifadəçilər üçün açılması planlaşdırılır.
Yeni gəlir modelinin ən mühüm xüsusiyyətlərindən biri “TikTok”un qısa video xüsusiyyətinin uzun videolarla əvəzlənməsidir. Qısa video xüsusiyyəti ilə indiyədək böyük izləyici kütləsi toplayan “TikTok” yeni xüsusiyyəti ilə 1 dəqiqədən uzun olmasına baxmayaraq, yüksək keyfiyyətli və orijinal məzmunlu videoları dəstəkləyəcəyini vəd edir.
Qeyd edək ki, yeni proqramla gəlir əldə etmək istəyən istifadəçilərə müəyyən məhdudiyyətlər də qoyulur. Belə ki, proqramdan istifadə etmək istəyən istifadəçilərin ən azı 18 yaşı olmalı, 10 mindən çox izləyicisi və son 30 gündə 100 min baxış sayına çatmış olmalıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!