“Ziraat Bank Azərbaycan”ın aktivləri artıb | Banco.az

“Ziraat Bank Azərbaycan”ın aktivləri artıb

“Ziraat Bank Azərbaycan” 2016-cı ilin 3-cü rüb maliyyə nəticələrini açıqlayıb.

Banco.az banka istinadən xəbər verir ki, bankın aktivlərinin həcmi cari ilin 3-cü rübündə 117 mln. 305 min manat olub. Keçən rüb ilə müqayisədə aktivlərin həcmində 3,8% artım qeydə alınıb.

Keçən ilin yekununda isə cəmi aktivlər 90 mln. 245 min manat təşkil edirdi.

Sözügedən dövrdə bankın kredit portfelində də artım müşahidə olunub. Müştərilərə verilən kreditlərin həcmi keçən rüb ilə müqayisədə 3 mln. 829 min manat artaraq 32 mln. 456 min manat olub.

Qeyd edək ki, cari ilin ilk rübündə kredit portfeli 20 mln. 654 min manat təşkil edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bankın deposit portfeli də 2-ci rüb ilə müqayisədə 11,3% artaraq 29 mln 953 min manat olub.

“Ziraat Bank Azərbaycan”ın 2016-cı il sentyabrın 30-u tarixinə cəmi kapitalı 59 mln. 596 min manat həcmində olub. 2015-ci ilin 3-cü rübündə isə bankın kapitalı 51mln. 660 min manat olmuşdu.

Bankın xalis mənfəəti isə 2 mln. 22 min manat təşkil edib.

Bank üç səhmdardan ibarət olmaqla açıq səhmdar cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası Anonim Şirkəti, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Sigorta Anonim Şirkəti və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler Anonim Şirkətidir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et