Zamin durmaq üçün hansı şərtlər tələb olunur? - ŞƏRH | Banco.az

Zamin durmaq üçün hansı şərtlər tələb olunur? - ŞƏRH

Son dövrlərdə insanlar kredit götürərkən zamin tapmaqda çətinlik çəkir. "Bu nə ilə bağlıdır, ümumiyyətlə, zamin durmaq üçün hansı şərtlər tələb olunur?" suallarını, Rabitəbankın Riteyl Kreditlərinə rəhbərlik edən Fəxri Bağıyev Banco.az-ın oxucuları üçün cavablandırdı.

İlk növbədə onu qeyd edim ki, Rabitəbank təkcə zaminlə kredit vermir. Əgər müştəri ödəniş qabiliyyətlidirsə və gəlirliliyə aid təqdim etdiyi  sənədlər daxili prosedurlara uyğundursa o, 3-5 min manatadək zaminsiz kredit ala bilər. Əgər müştərinin əmək haqqısı nisbətən yüksəkdirsə və kredit öhdəliyi nisbətən azdırsa eyni qaydada 5 min, hətta 10 min manatadək də zaminsiz kredit ayırırıq. Qeyd etdiyiniz kimi, son dövrlərdə insanlar zamin tapmaqda müəyyən çətinliklə rastlaşırlar. Çünki zamin duran şəxslər özləri də bu və ya digər banklardan kredit götürmək istədiyinə görə kiməsə zamin olmaq istəmir. Zamin durulan zaman avtomatik borc yükü yaranır və özləri kredit götürəndə borc yükünə görə müraciətlərinə imtina cavabı verilə bilər. Ona görə biz zaminsiz kreditləşmənin sayını artırırıq. Zamin durmaq üçün tələb olunan şərtlərə gəlincə isə deyə bilərəm ki, bu şərtlər borcalanla demək olar ki, eynidir. Zaminə qarşı tələblərdə müəyyən güzəştlərə də gedirik. Maliyyə  Bazarlarına Nəzarət Palatasının və bankların öz daxili prosedurlarına uyğun  qaydalar var. Bu qaydalardan kənara çıxmayaraq borc alanın və zamin duran şəxsin ödəniş qabiliyyəti yoxlanılır.Orta hesabla götürdükdə, zaminin ödəniş qabiliyyəti borc alanın ödəniş qabiliyyəti kimi olmalıdır. Çünki kredit götürən müştəri kreditin ödənişində çətinlik çəkərsə, yaxud işdən çıxarsa və ya proses digər səviyyəyə gəlib çatarsa, zaminin olması vacibdir ki, ödənişi o davam etsin.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et